AZ

"Benfika"nın futbolçusu məhsuldar ötürmə sayında Messini geridə qoyub

Portuqaliyanın "Benfika" klubunun futbolçusu Anxel Di Mariya UEFA Çempionlar Liqasında (ÇL) məhsuldar ötürmə sayında Lionel Messini geridə qoyub.

"Far.Az"un məlumatına görə, 36 yaşlı yarımmüdafiəçi buna səfərdə Fransa təmsilçisi "Monako"ya qalib gəldikləri matçda (3:2) nail olub.

Argentinalı oyunçu sözügedən qarşılaşmada iki assistlə yadda qalıb. O, qitənin bir nömrəli klub turnirindəki məhsuldar ötürmələrinin sayını 41-ə çatdırıb.

Beləliklə, Di Mariya həmyerlisi Lionel Messini (40) qabaqlayıb. Hazırda ÇL-də rekordçu Kriştianu Ronaldudur - 42 assist.

Qeyd edək ki, Anxel Di Mariya cari mövsüm bütün yarışlarda meydana çıxdığı 16 görüşdə 8 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
0
4
far.az

6Mənbələr