AZ

Ukraynada daha bir azərbaycanlı həlak olub

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub.

News24.az Sfera.az-a istinadla xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Rusiya ordusunun tərkibində döyüşlərə qatılan Goranboy rayon, Nadirkənd sakini Şəhriyar Cəlilov noyabrın 17-si Xarkov istiqamətində həlak olub.

Bildirilib ki, o, əvvəl Daxili Qoşunlarda baş leytenant kimi xidmət edib, sonra ordudan tərxis olunaraq Rusiya ordusunun sıralarına qoşulub.

Ş.Cəlilovun meyiti hazırda Ukrayna tərəfinin nəzarət etdiyi ərazidə qaldığı üçün çıxarmaq mümkün olmayıb.

Seçilən
15
22
news24.az

10Mənbələr