AZ

Aİ ilk dəfə Çin şirkətlərini qara siyahıya ala bilər

Avropa İttifaqı ilk dəfə olaraq Çin şirkətlərini Rusiya Federasiyasına qarşı sanksiyaların qara siyahısına daxil edə bilər.

"Unikal" xəbər verir ki, bu barədə "EUobserver" nəşri məlumat yayıb. 

Ehtimal olunur ki, bu tədbir noyabrın 27-də müzakirələrə başlanan 15-ci sanksiyalar paketi çərçivəsində həyata keçirilə bilər. İnformasiya portalının məlumatına görə, ikisi Honq-Konqda qeydiyyatdan keçmiş bir Çinli sahibkar və Çindən olan altı şirkət qara siyahıya salınacaq. Onların hansı əsaslarla bu siyahıya daxil ediləcəyi açıqlanmır.

Əvvəllər Avropa İttifaqı Çin şirkətlərini və ya fiziki şəxsləri yalnız Aİ-nin boz siyahısına , yəni əlavə nəzarət tələb edən şirkətlər siyahısına daxil edirdi.

Gülayə Mecid

Seçilən
16
unikal.az

1Mənbələr