AZ

"PAŞA Kapital"da “SİMA İmza” ilə onlayn hesab açmaq imkanı

Bakı. Trend:

"PAŞA Kapital" İnvestisiya Şirkəti müştərilərinə xidmətlərindəndaha rahat və sürətli istifadəni təmin edəcək yeni bir əməkdaşlığastart verib. Belə ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinintabeliyində olan “AzInTelecom” MMC ilə əməkdaşlıq çərçivəsində,“AzInTelecom” tərəfindən yaradılmış SİMA yeni nəsil rəqəmsal imzatexnologiyası "PAŞA Kapital"ın onlayn investisiya hesablarınınaçılması xidmətinə uğurla inteqrasiya olunub.

Artıq yerli və xarici maliyyə bazarlarına investisiya etməkistəyən şəxslər “SİMA İmza” ilə "PAŞA Kapital" şirkətinin vebsaytında və ya “PASHA Capital” mobil tətbiqində rahatlıqla hesabaça bilərlər. Bu əməkdaşlıq sayəsində "PAŞA Kapital" şirkətininxidmətlərindən istifadə edən müştərilərin müqaviləni imzalamasıüçün xidmət ofisinə getməsinə ehtiyac qalmır. Müştəri heç yerəgetmədən, günün istənilən saatında sadəcə öz məlumatlarını onlaynformada daxil edərək investisiya hesabı aça və ticarətə başlayabilər.

Hesab açdıqdan sonra müştərilər "PAŞA Kapital" platformasıüzərindən qlobal birjalara çıxış imkanı əldə edir, şirkətin təqdimetdiyi xidmətlərdən rahatlıqla yararlana bilirlər. Bunlara yerli vəxarici bazarda istiqraz, səhm və not alışı, beynəlxalq valyutaticarəti, əmtəələr, kriptovalyuta, indekslər, eləcə də ETF (Birjadaticarət olunan fondlar) və CFD (fərq müqavilələri) kimi investisiyafəaliyyətləri daxildir.

Real hesab açaraq investisiya dünyasına addım atmaq istəyənlərbu linkə keçid edərək "PAŞA Kapital" İnvestisiya Şirkətininxidmətlərindən faydalana bilər. Şirkətin təqdim etdiyi məhsul vəxidmətlərə dair daha ətraflı məlumat üçün 1548 nömrəsi ilə əlaqəsaxlaya və ya https://www.pashacapital.az/saytına daxil ola bilərsiniz.

Seçilən
1
8
az.trend.az

10Mənbələr