Azərbaycanda ayrılan kreditlərin 77 faizi Bakıda verilsə də əyalətlərdə yerləşən şəhər və rayonların da kredit borcu az deyil.
Sfera.az Mərkəzi Bankın məlumatlarına istinadən xəbər verir ki, bölgələrdə yerləşən şəhər və rayonların banklardan aldığı kreditlərə görə yaranan borclarının ümumi məbləği 6 milyard 272 milyon manata yüksəlib.
Bölgələrdə ən çox kredit borcu Sumqayıt şəhərindədir. Azərbaycanın ikinci ən böyük şəhərində banklara kreditlərə görə yaranan borc 744 milyon manat olub.
Gəncə şəhərində də borc çoxdur. Şəhər təsərrüfatının və əhalinin ümumi borcu 652,3 milyon manat təşkil edib.
Gəncəni 363 milyon manat borcla Naxçıvan şəhəri izləyir.
Borcun böyüklüyünə görə öndə gələn digər yaşayış məntəqələri Abşeron, Lənkəran, Bərdə və Zaqatala rayonlarıdır.
Abşeron rayonunda 263,1 milyon manat, Lənkəran rayonunda 262,9 milyon manat, Bərdə rayonunda 234,1 milyon manat, Zaqatala rayonunda 213,4 milyon manat borc yaranıb.
Vasif