AZ

RUSİYA KƏŞFİYYATININ İRƏVAN XƏBƏRDARLIĞI – “Paşinyan da, Putin də erməniləri yaxşı tanıyır...”

“Rusiya bu yolu kəssə ermənilərin Paşinyana qarşı üsyanı qaçılmaz ola bilər...”

“Ermənistanda növbəti parlament seçkilərinin keçirilməsinə ilyarım vaxt qalır. Əlbəttə, əgər növbədənkənar seçkilərin keçirilməsi zərurəti qaçılmaz olmayacaqsa... Hər iki varianta yalnız Ermənistanın deyil, Qərbin də, Rusiyanın da indidən ciddi şəkildə hazırlaşıdığı barədə məlumatlar yayılmağa başlayıb. Rusiya Kəşfiyyat Xidmətinin yaydığı məlumatdan bunu aydın görmək olar”.

“AzPolitika” xəbər verir ki, bunu təhlükəsizlik sahəsi üzrə ekspert İlham İsmayıl Ermənistanda mövcud durumu şərh edərkən bildirib.

“Rusiya kəşfiyyatının məlumatına görə, Vaşinqton Ermənistandakı hakimiyyəti “kifayət qədər etibarlı” hesab etmir və onu Aram Sarkisyanın “Respublika”, Arman Babacanyanın “Respublika adına”, Tiqran Xzmalyanın “Avropa Ermənistan Partiyası” və Levon Şirinyanın “Xristian Demokrat Partiyası” partiyalarının əhəmiyyətini artırmaqla gücləndirməyi planlaşdırır”, - ekspert xatırladır.

İ.İsmayıl xatırladır ki, adları çəkilən partiyalar və liderləri Ermənistan cəmiyyətində ciddi nüfuza və reytinqə malik deyillər, elektorat bazaları da çox aşağıdır. Onun sözlərinə görə, hətta, bu partiyaların birləşib içərilərindən birinin namizədliyini verməsi də uğur gətirməz.

“Bu mənada onların birləşib Paşinyana və ya onun komandasının populyar üzvlərindən birinə dəstək verməsi daha real nəticə verə bilər. Görünür, Ermənistandakı vəziyyəti dəyərləndirərkən Birləşmiş Ştatlar bu partiyaların “gücləndirilməsi” istiqamətində hərəkətə keçib və bu da Rusiya kəşfiyyatının diqqətindən qaçmayıb”, - o, əlavə edib.

Qərb Paşinyana etibar etmir, yoxsa bu siyasəti yürütməklə Rusiyanın Paşinyana olan təzyiqlərinin hakimiyyət çevrilişi ilə nəticələnməməsi üçün onu hədəfdən yayındırır?

Seçilən
26
azpolitika.info

1Mənbələr