AZ

Pakistanda tayfalararası toqquşmalarda ölənlərin sayı 102 nəfərə çatıb

Pakistanda bir həftədir davam edən tayfalararası toqquşmalarda ölənlərin sayı 102 nəfərə çatıb.

Ölkənin Xeyber-Paxtunxva əyalətinin mərkəzi Pişəvərdən 218 kilometr aralıda yerləşən Kurram bölgəsində şiə və sünni tayfalar arasında vaxtaşırı toqquşmalar baş verir və bu toqquşmalarda çoxlu insan həlak olur.

"Geo News"un məlumatına görə, Əfqanıstanla sərhəd bölgədə bir həftədir davam edən tayfalararası toqquşmalarda ölənlərin sayı 102-yə, yaralıların sayı isə 138-ə yüksəlib.

Son 7 gündür bölgədə təhsil müəssisələri və mağazalar açıla bilmir, tayfaların ərazilərini birləşdirən Pişəvər-Paraçinar yolu da nəqliyyatın hərəkəti üçün bağlanıb.

Qeyd edək ki, Kurramda noyabrın 21-də şiələri daşıyan sərnişin karvanına silahlılar hücum edib, azı 42 nəfər həlak olub.

Hücumdan sonra bölgədə şiə və sünni tayfalar arasında qarşıdurma yaranıb.

240 milyon əhalisi olan Pakistanda şiələr ölkənin təxminən 15 faizini təşkil edir.



Seçilən
0
1
trt.net.tr

2Mənbələr