AZ

"Bloomberg": Avropa ABŞ-ın Ukraynaya tədarükünü əvəz edə bilməyəcək

Rusiya bütün Avropa ölkələrindən daha çox raket istehsal edir. ABŞ Ukraynaya hərbi yardımı dayandırarsa, Avropa onu əvəz edə bilməyəcək.

Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg” yazır.

"Bloomberg” qeyd edir ki, Ukrayna ordusu ABŞ-dan sursat və artilleriya təchizatından asılıdır. Agentliyin yazdığı kimi, "konsensus” Avropanın yaxın gələcəkdə ABŞ ilə eyni təchizat rolunu oynaya bilməyəcəyidir. Avropa ölkələri Rheinmetall AG və KNDS kimi şirkətlər vasitəsilə sursat və artilleriya istehsalını artırır. "Bloomberg” mənbələri hesab edirlər ki, problem "bu tədarüklərin davamlılığındadır”.

Agentliyin məlumatına görə, Avropa paytaxtları başa düşürlər ki, gələn il Ukraynanın müdafiəsi üçün həlledici olacaq. Nəşrin mənbələri hesab edir ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın mövqeyi və istənilən danışıqlarda Kiyevin mövqeyinin nə dərəcədə güclü olacağı ilə bağlı suallar qalmaqdadır.

Nizami Bağırov
Seçilən
0
2
qaynarinfo.az

3Mənbələr