AZ

Narkohesabat açıqlandı – 10 ayda 145 milyon 389 min manatlıq narkotik ələ keçib

Bu ilin 10 ay ərzində Azərbaycanda hüquq-mühafizə orqanları tərəfindəmn həyata keçirilən antinarkotik tədbirləri ilə bağlı hesabat açıqlanıb.

Musavat.com xəbər verir ki, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupun açıqladığı məlumata görə bu ilin yanvar-oktyabr ayları ərzində hüquq mühafizə orqanları tərəfindən keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 8 min 108 cinayət faktı aşkarlanıb.

Onlardan 2 min 577-si narkotik vasitələrin qanunsuz satışı, 5 min 299-u narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 226-sı narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi, 6-sı isə digər cinayətlərlə bağlı olub. Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 6 ton 61 kiloqram 819,096 qram narkotik vasitələrin və psixotrop maddələrin 512 kiloqram 164,959 qramnı heroin, 5 ton 8 kiloqram 382,751 qramını marixuana, 154 kiloqram 257,47 qramını tiryək, 38 kiloqram 852,443 qramını həşiş, 191 kiloqram 744,959 qramını psixotrop maddələr, 156 kiloqram 416,514 qramını digər narkotik vasitələr təşkil edib. Ötən 10 ayda 37 min 317 ədəd metadon, 15 min 272 ədəd çətənə kolu, 44 qram və 240 ədəd həb güclü təsir edən maddə,10 qram prekursor qanunsuz dövriyyədən götürülüb.

Hesabat dövründə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 1439,6 hektar sahədən 2 milyon 864 min 953 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitkilər müəyyən olunaraq müvafiq qaydada məhv edilib. Qanunsuz dövriyyədən çıxarılmış 6 ton 61 kiloqram 819,096 qram narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 145 milyon 389 min manat kimi qiymətləndirilir. Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 6 min 247 nəfər cəlb edilib, onlardan 16-18 yaşadək - 1 nəfər,18-25 yaşadək 463 nəfər, 20-25 yaşadək 2 nəfər, 26-29 yaşadək 946 nəfər, 30 yaş və ondan yuxarı isə 4 min 835 nəfər təşkil edir. Həmin şəxslərdən 6 min 66-ı kişi, 181-i qadın olub. Məsuliyyətə cəlb edilmiş 56 xarici ölkə vətəndaşından ümumilikdə 201 kiloqram 615,722 qram müxtəlif növ narkotik vasitə və psixotrop maddə götürülüb. Hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 219 fakt aşkar edilmiş, həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 2 ton 254 kiloqram 607,596 qram narkotik vasitə və psixotrop maddə, 37 min 317 ədəd metadon həbi, 1710 ədəd və 44 qram güclü təsir edən maddə çıxarılıb. Ümumilikdə, aşkar edilmiş cinayətlərin 280-i qrup halında törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 2 ton 133 kq 174,251 qram və 13 min 220 ədəd metadon həbi narkotik vasitə, psixotrop maddə və 85,3 qr güclü təsir edən maddə müsadirə edilmişdir. 2 min 653 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilmiş və onlardan 1 ton 809 kiloqram 573,4 qramı müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə edilib.

Hesabatda qeyd olunur ki, ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə 2024-cü ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkar edilən faktların sayı 1184, narkotiklərin qanunsuz satışı ilə bağlı faktların sayı 482, narkotiklərin satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 611, narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı 67, digər növ cinayət faktların sayı 24, qaçaqmalçılıqla bağlı cinayətlərin sayı 24 fakt, qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin çəkisi 479 kiloqram 781,116 qram, məsuliyyətə cəlb edilmiş şəxslərin sayı isə 843 nəfər azalıb. Bununla yanaşı, qrup halında olan cinayətlərin sayı 9 fakt artıb. 2023-cü ilin 10 ayı ilə müqayisədə 2024-cü ilin müvafiq dövrü ərzində qanunsuz dövriyyədən çıxarılmış güclü təsirə malik narkotik vasitələrin o, cümlədən heroinin çəkisi 1 ton 371 kiloqram 953,4`5 qram (72,8%), tiryəkin çəkisi 102 kiloqram 294,165 qram (39,9%), həşişin çəkisi 14 kiloqram 601,551 qram (27,3%), kokainin çəkisi 750,831 qram (100%), psixotrop maddələrin çəkisi 196 kiloqram 742,687 qram (50,7%) azalıb. Müsadirə edilmiş müxtəlif növ narkotik vasitələrin 5 ton kiloqram 382,751 qramını (82,6%) marixuana təşkil edib. Onun da 4 ton 360 kiloqramı (87%) tərkibi maddələrlə zənginləşdirilmiş xarici ölkə mənşəli olub. 648 kiloqram (13%) isə iqlim şəraitinə uyğun olaraq ölkə ərazisində, istixanalarda, zirzəmilərdə, meşə ovalıqlarında və çay yataqlarında qanunsuz kultivasiya edilib. Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə cari ilin 16-17 aprel tarixlərində müsadirə edilmiş narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını Məhvetmə Komissiyası tərəfindən 1741 məhkəmə hökmü ilə barəsində məhvetmə qərarı qəbul edilmiş 3 ton 430 kiloqram müxtəlif növ narkotik vasitə və psixotrop maddə, 60 min 189 ədəd həb metadon, 58 min 773 ədəd narkotik xassəli çətənə bitkisi, həmçinin 3 min 477 ədəd həb, 19 min 341 ədəd kapsul, 24 flakon, 4 ampula, 81,446 qram güclü təsir edən maddə, eyni zamanda cari ilin 22 iyul tarixində Dövlət Sərhəd və Dövlət Təhlükəsizliyi xidmətlərində saxlanılan 17 cinayət işi üzrə barəsində məhvetmə qərarı qəbul edilmiş 248 kiloqram 293,151 qram müxtəlif növ narkotik vasitələr yandırma üsulu ilə məhv edilib. Həmçinin 39 rayon və şəhərdə qanunvericiliyə uyğun olaraq az və xeyli miqdarda müsadirə edilmş 1719 hökm və qərar üzrə müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr, o cümlədən çətənə bitkisi rayon və şəhər komissiyaları tərəfindən yandırma yolu ilə məhv edilmişdir.

Göstərilən dövr ərzində prosesə nəzarətin gücləndirilməsi nəticəsində bəzi şəhər və rayonlarda məhkəmə hökmü olmadan 17 cinayət işi üzrə maddi sübutların məhv edilməsinin, eyni zamanda 9 hökm üzrə külli miqdarda müxtəlif növ narkotik vasitələrin məhv olunması hallarının qarşısı alınmışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 74 min 625 nəfər istiqamətləndirilib. Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 2 min 545 nəfərdən 1635 nəfərinin istifadəçi olması müəyyən olunub və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilib. Hazırda metadonla əvəzedici müalicə proqramı üzrə 3 məntəqədə (Respublika Narkoloji Mərkəzində 331, QİÇS-lə Mübarizə Mərkəzində 386, Sumqayıt Narkoloji Mərkəzində 149 nəfər) 866 xəstə müalicə alır.

Respublika QİÇS-lə Mübarizə Mərkəzinin verdiyi məlumata əsasən ölkədə narkomanların İnsanın İmmunçatışmazlığı Virusuna yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur. Cari ilin oktyabr ayının sonuna kimi İİV-ə yoluxmuş Azərbaycan vətəndaşları arasında 58 nəfəri (5,7%-i) inyekson narkotik istifadəçiləri olmuşdur. Cari ilin yanvar-oktyabr ayları ərzində “802” qaynar xətt telefon zəng xidmətinə 1542 vətəndaş müraciəti daxil olub. Onların 139-u narkotik vasitələrin qanunsuz dövriyyəsi, 108-i narkotik asılılıqdan müalicə, 1295-i isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəlarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olub.

Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 247 məktub ünvanlanıb. 802 qaynar xətt zəng xidməti vasitəsilə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirilmə təmin edilərək, narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair verilən məlumatlar əsasında müvafiq cinayət işləri qaldırılmış və qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitələr götürülüb, narkotik istifadəçiləri könüllü müraciətləri əsasında ixtisaslaşmış tibb müəssisələrində müalicəyə yönləndirilib, narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilib. Hesabat dövrü ərzində Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə aidiyyəti dövlət qurumlarını cəlb etməklə ümumilikdə 147 tədbir (69 maarifləndirici və təşkilati tədbir, 66 təlim, 6 sosial layihə, 1 intelektual müsabiqə, 1 marafon və televiziya kanalında 4 verilişdə iştirak) təşkil olunub.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

phrase_var_article.chosen
35
10
musavat.com

10phrase_var_article.sources