AZ

Dubayda dünyanın ilk üzən “ağıllı” polis məntəqəsi yaradılır

Image

Dubay Polis Departamenti dünyada və Yaxın Şərqdə ilk üzən “ağıllı” polis məntəqəsinin (SPS) 2026-cı ilin sonuna qədər istifadəyə veriləcəyini açıqlayıb. “Emirates” agentliyinin məlumatında deyilir ki, 2 milyard AED dəyərində olan layihənin təqdimatını BƏƏ-nin vitse-prezidenti və Baş naziri, Dubay Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Maktum edib. Bu təşəbbüs asayişi və təhlükəsizliyi gücləndirmək, xüsusi polis təlimlərinə sərmayə qoymaq məqsədini daşıyır. Dubay Polis Departamentinin nümayəndəsi Faysal Al Tamimi üzən SPS-nin yaxta və qayıq sahiblərinin ehtiyaclarına cavab verən dizaynla dənizdə dünyasəviyyəli, qabaqcıl xidmətlər təklif etmək məqsədilə 2026-cı ilin sonuna qədər hazır olacağını bildirib. Onun sözlərinə görə, bu, cəmiyyətin xoşbəxtliyini, həmçinin “Dubay - dünyanın ən ağıllı və xoşbəxt şəhəri" təşəbbüsü ilə uyğun gələn polis xidmətlərinə sürətli və asan çıxışı təmin edəcək.

SPS cinayət və yol hərəkəti haqqında hesabatların verilməsi də daxil olmaqla 27 əsas xidmət və altı dildə mövcud olan 33 əlavə xidmətdən ibarət paket təqdim edəcək. Xidmətlərə itirilmiş əşyaların qaytarılması, sertifikatlar və icazələr üçün sorğuların idarə edilməsi daxildir.

Mətləb Salahov






Seçilən
0
3
baki-xeber.com

4Mənbələr