AZ

Gürcüstan ərazi bütövlüyünü bərpa etmək niyyətindədir

"Gürcüstan hakimiyyəti respublikanın ərazi bütövlüyünü sülh yolu ilə bərpa etməyi planlaşdırır".   Manset.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri vəzifəsini icra edən İrakli Kobaxidze hökumətin təsdiqi prosedurları çərçivəsində parlamentdə çıxışı zamanı deyib. “Bizim digər əsas vəzifəmiz ərazi bütövlüyünü sülh yolu ilə bərpa etməkdir, əlbəttə ki, bu məqsədə nail olmaq qlobal tendensiyalardan və regionda gedən proseslərdən asılıdır”, - deyə Kobaxidze bildirib. 2008-ci ilin avqustunda gürcü qoşunlarının Tsxinvalini nəzarət altına almağa cəhd etməsindən sonra silahlı gürcü-Cənubi Osetiya münaqişəsi baş vermişdi. Rusiya avqustun 8-də Rusiya vətəndaşlarını və regiondakı sülhməramlılarını qorumaq üçün gürcü qoşunlarının geri çəkilməsinə səbəb olmuşdu.

 2008-ci il avqustun 26-da Rusiya Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıdı. 

Seçilən
2
1
manset.az

3Mənbələr