AZ

2025-ci il: Qanlı-qadalı bir il, ardından OYANIŞ

Məşhur görücü Nostradamusun 2025 peyğəmbərlikləri: Bəşəriyyət üçün fəlakət astanası yaxınlaşırmı?
16-cı əsrin məşhur görücüsü Nostradamusun peyğəmbərlikləri və sirli dördlükləri əsrlər boyu bəşəriyyəti valeh edən proqnozlarla doludur. Artıq 2025-ci il üçün şərh edilən öngörmələr insanlarda həm maraq, həm də narahatçılıq yaradır. Bəs, Nostradamusun bu il üçün sözləri gələcəyimizə necə təsir edə bilər?
Sherg.az xəbər verir ki, məşhur görücü Nostradamusun proqnozları sosial şəbəkə istifadəçiləri arasında maraq oyatmaqda davam edir. 16-cı əsrin məşhur görücüsü Nostradamus öz misralarında 2025-ci ilin bəşəriyyət üçün böyük transformasiya ili olacağını bildirmişdir. 2025-ci il bu proqnozların gerçəkləşib-gerçəkləşməyəcəyini görəcəyimiz il olacaq.

İQLİM BÖHRANI VƏ TƏBİİ FƏLAKƏLƏR

Ehtimal olunur ki, Nostradamusun bəzi dördlükləri dünyanı yandıran temperaturlara və ekstremal hava hadisələrinə aiddir.

“Günəşdən gələn işıq dünyanı yandıracaq” kimi açıqlamalar iqlim böhranının 2025-ci ildə pik həddə çatacağı iddialarını gücləndirir.

Alimlərin də bununla bağlı xəbərdarlıq etməsi öngörmələri daha da qorxulu edir.

Digər diqqətçəkən proqnoz isə geosiyasi gərginliyin artması ilə bağlıdır.

Nostradamusun dördlüklərində şimal və cənub arasında qarşıdurmaların qeyd edilməsi resurs müharibələrinin gələcəyin ən böyük təhlükəsi ola biləcəyini göstərir.

Nostradamus "dəmir insanlar" və "kiçik qutular" kimi simvollarla süni intellekt və texnologiyanın gələcək təsirlərinə işarə edir.

2025-ci il bu transformasiyanın insan həyatını kökündən dəyişdirəcəyi il ola bilərmi?


GÖYDƏN TƏHLÜKƏ

“Göydən od kürəsi düşəcək” kimi ifadələr ağla mümkün asteroid zərbəsi və ya böyük bir vulkan püskürməsi gətirir.

NASA-nın 2025-ci il üçün açıqladığı kosmos hadisələri bu cür proqunozlara marağın artmasına səbəb olur.

Bəzi şərhçilər iddia edirlər ki, Nostradamus  2025-ci ili təkcə fəlakətlər ili kimi deyil, həm də bəşəriyyət üçün oyanış və dirçəliş ili kimi görüb.

“Bəşəriyyət uzun bir yuxudan oyanacaq” misrası bu dəyişikliyin xəbərçisi ola bilər.
Seçilən
3
9
sherg.az

10Mənbələr