AZ

ABŞ və Çin arasında kritik məhbus mübadiləsi baş tutub

ABŞ və Çin arasında vaxtaşırı diplomatik və ticari gərginliyin yaşandığı kritik məhbus mübadiləsi baş verib.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Bayden administrasiyasının danışıqları nəticəsində üç amerikalı və üç çinli məhbus arasında məhbus mübadiləsi aparılıb.
 
\"Çin hökumətinin israrlı səyləri sayəsində ABŞ-də haqsız yerə həbs edilən üç Çin vətəndaşı sağ-salamat vətənlərinə qayıtdılar\" - deyə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq deyib.
 
Məlumata görə, Bayden bu ay Peruda keçirilən APEC Sammitində Çin prezidenti Xi Jinping ilə birbaşa olaraq amerikalı məhbusların azad edilməsi məsələsini gündəmə gətirib və Milli Təhlükəsizlik müşaviri Jake Sullivan da avqust ayında Çinə səfəri zamanı bu məsələni müzakirə edib. 
 
Mikayıl
Seçilən
10
azxeber.com

1Mənbələr