AZ

İman Həsənovun son durumu bilindi – “böyük ehtimalla axşam saatlarında...”

Məlum olduğu kimi, “Turan Tovuz”un baş meneceri İman Həsənovun səhhətində ciddi problem yaranıb. Belə ki, o, noyabrın 26-da insult keçirib. İllərdi “bozqurd”un inkişafı üçün çalışan funksionerin beyninə qan sızıb.

Bəs hadisə hansı şəraitdə baş verib? İman bəyin son durumu necədi? Onun yenidən sağlamlığına qovuşması üçün nə qədər vaxt lazım olacaq?

Bu suallarla Tovuz təmsilçisinin mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyevə müraciət etdik. Onun “Football-plus.az”a cavabı:

“Hadisə evdə, səhərə yaxın baş verib. Bəli, təəssüf ki, İman Həsənov insult keçirib. Oğluyla əlaqə saxladıq. Onun bizə verdiyi məlumata görə, əməliyyat uğurlu keçib. Hazırda reanimasiyadadı. Həkimlər İman müəllimin sağlamlığını bərpa etmək üçün səfərbər olub. Əlavə məlumatı yalnız həkimi verə bilər. İndiki vəziyyəti yaxşıdımı? Durumu nə vaxt əvvəlki vəziyyətinə qayıdacaq? Bu suallara böyük ehtimalla axşam saatlarında aydınlıq gələcək. Hələ ki İman müəllimin yanına heç kim buraxılmır”.

KƏNAN BAHADIR
Seçilən
34
football-plus.az

1Mənbələr