AZ

5,6 litr pivə bu xəstəliklərə səbəb ola bilər


Pivədən həddindən artıq istifadə qaraciyər çatışmazlığının erkən mərhələsinin simptomlarına səbəb ola bilər.

Bakupost.az xəbər verir ki, bu barədə "Metro" nəşri məlumat yayıb.

Materialda qeyd olunur ki, kişilərdə bu problemə yeddi həftə ərzində həftəlik 5,6 litr pivə istehlakı səbəb ola bilər. Qadınlar üçün isə bu hədd daha azdır: yeddi gün ərzində həftəlik 4,2 litr pivə istehlakı.

Mütəxəssislər əlavə edirlər ki, hətta "nisbətən məhdud" içki istehlakı belə qaraciyər funksiyasının pozulmasına və potensial olaraq bu orqanın daha ciddi xəstəliklərinə, o cümlədən piylənmə, hepatit və geri dönməz sirroza yol aça bilər.

Lalə, BakuPost
Seçilən
10
2
bakupost.az

3Mənbələr