AZ

Qusarda rayon ziyalıları ilə növbəti görüş keçirilib ŞƏRH

Qusar rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov və YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov rayonun ziyalıları ilə n görüşüb. Heydər Əliyev Mərkəzində keçirilən görüşdə rayonun tanınmış elm adamları, öz fəaliyyətləri ilə tanınan, sayılıb seçilən ziyalılar iştirak ediblər.

Belə görüşlərin mütəmadi olaraq keçirilməsinin vacibliyini qeyd edən RİH başçısı son aylarda rayonda görülən işlərin qısa xronikasını görüş iştirakçılarının diqqətinə çatdırıb.
Görüşdə milli dəyərlərin qorunması, vətəndaş-məmur münasibətlərinin tənzimlənməsi kimi məsələlər, rayonda təhsil və mədəniyyət, kənd təsərrüfatı, turizm kimi sahələrdə görülən işlər və çatışmazlıqlar barədə fikir mübadiləsi aparılıb.
Görüşdə iştirak edən ağsaqqal və ziyalılar öz çıxışlarında rayonda aparılan abadlıq-quruculuq işləri, iqtisadi, ictimai, sosial, mədəni və digər sahələrdə icra olunan layihələrlə bağlı fikirlərini dilə gətirərək, təklif və tövsiyələrini bildiriblər.
Ziyalılar tərəfindən təhsil sahəsində rast gəlinən rayon məktəblərində bəzi fənnlər üzrə müəllim çatışmazlığı, məktəblərin rasionallaşdırılması, repetitorluq fəaliyyətinin genişlənərək məktəb təhsilini kölgədə qoyması kimi problemlər qaldırılıb.
Rayon məktəblərinin məzunları olan abituriyentlərin ali məktəblərə qəbul göstəricilərinin aşağı olmasının səbəbləri müzakirə olunub. Sakinlərin mavi yanacaq, fasiləsiz elektrik enerjisi ilə təmin olunması, rayonda idman, kənd təsərrüfatı və turizm sahələrinin inkişafı, gələcəkdə bu sahələrin daha da inkişaf etdirilməsi yolları ətrafında fikir mübadiləsi aparılıb.
Maraqlı polemika şəraitində baş tutan görüş zamanı ziyalılar tərəfindən son aylarda Qusar rayonunda görülən işlər, rayon sakinləri, əhalinin müxtəlif təbəqələri ilə mütəmadi olaraq keçirilən görüşlər təqdirəlayiq hesab olunub. RİH başçısı bu cür görüşlərin keçirilməsinin, rayonun hərtərəfli inkişafı baxımından birgə çalışmağın vacibliyini qeyd edib.
Görüşdə qaldırılan məsələlərin qısa zamanda həlli istiqamətində işlərin görüləcəyi diqqətə çatdırılıb.

Seçilən
7
2
sesqazeti.az

3Mənbələr