AZ

Emin Həsənlinin Türkiyədə hərbiyönümlü təşkilatlarda görüşləri davam edir

“Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin Türkiyənin hərbiyönümlü QHT-ləri ilə əməkdaşılq çərçivəsində qardaş ölkəyə səfəri davam edir.

Herbiand.az xəbər verir ki, Türkiyədə səfərdə olan birlik sədri Emin Həsənli Ankarada görüşlərini davam etdirir.

Türkiyə Müharibə Əlilləri Şəhid Ailələri Dərnəyinin mərkəzi qərargahının sədri Mustafa İşıq və İdarə Heyətinin üzvləri ilə görüşən Emin Həsənli bir çox məsələlərlə bağlı fikir mübadiləsi edib.

Türkiyədə 1984-cü  ildə qanunla dörd təşkilat yaradılıb. O təşkilatlardan da biri Türkiyə Müharibə Əlilləri Şəhid Ailələri Dərnəyidir. Dərnək şəhid ailələrini və qaziləri özündə birləşdirir. Şəhid yaxınları da bu proseslərin önündədir. Türkiyənin həm ictimai siyasi proseslərində, həm də mədəni həyatında, eyni zamanda Türkiyə universitetlərində, məktəblərində qəhrəmanının təbliği baxımından bu təşkilatın rolu böyükdür.

Görüş zamanı Türkiyənin terrorla mücadilədə 40 mindən artıq Vətən övladını şəhid verdiyini və minlərlə türk övladının bu svaşda qazi olduğunu bildirən Emin Həsənli bu katiqoriyadan olan insanların həm Türkiyədə, həm də Azərbaycanda böyük hörmətə layiq olduğunu qeyd edib.

Həm birinci Qarabağ savaşında, həm ikinci Qarabağ savaşında, həm də anti-teror tədbirlərində  Azərbaycan oğullarının böyük qəhrəmanlıq göstərdiyini bildirən Mustafa İşıq Qarabağ zəfəri barədə  danışıb. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm qələbə qazanıldığı Mustafa İşıq tərəfindən xüsusi vurğulanıb. O həmçinin bu savaşda Türkiyə dövlətinin və Türkiyə hərbiyönümlü təçkilatlarının, o cümlədən Müharibə Əlilləri Şəhid Ailələri Dərnəyinin mənən Azərbaycanın yanında olduğunu bildirib. Azərbaycan əsgərinin bu savaşda göstərdiyi qəhrəmanlığın dünya hərb tarixinə düşdüyü də qeyd olunub. Mustafa İşıq Azərbaycan əsgərinin qəhrəmanlığı ilə fəxr etdiyini diqqətə çatdırıb.

Xatırladaq ki, Mustafa İşıq və Dərnəyin İdarə heyəti Azərbaycanda səfərdə olub. Yüksək səviyyəli görüşlər keçirib. Qarşılıqlı olaraq Azərbaycan qaziləri də Türkiyədə səfərdə olub və onlarla görüşlər təşkil edilib. Tədbirlərdə Azərbaycan şəhidlərinin, qazilərinin keçdikləri döyüş yolundan, qəhrəmanlığından, vətənpərvərliyindən danışılıb.

Görüş zamanı “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyi və Türkiyə Müharibə Əlilləri Şəhid Ailələri Dərnəyinin bundan sonra da bu əlaqələri davam etdirməsi və qarşılıqlı səfərlərin davam etməsi razılaşdırılıb.

Emin Həsənli bildirib ki, Azərbaycan Türkiyə qardaşlığı ən yüksək səviyyədə davam edəcək:

“Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan daim Azərbaycan-Türkiyə qardaşlığına önəm verir. Mustafa Kamal Atatürk “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”, Heydər Əliyevin “Bir millət, iki dövlət” ideyası hər zaman yüksək səviyyədə həyata keçirilir. Həm Türkiyənin, həm də Azərbaycanın hərbiyönümlü QHT-ləri də bu işə öz töhfəsini verir. Azərbaycanda da hərbi-yönümlü təşkilatlar hər zaman dövlətçilik mövqeyindən çıxış edir. Onların gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında böyük rolu var”.

Daha sonra Emin Həsənli Türkiyənin Ehtiyatda olan Gizirlər Birliyində olub. Birliyin mərkəzi ofisində sədr Hamza Dürgenlə görüş keçirilib.

Ehtiyatda olan Gizirlər Birliyi Türkiyənin dörd əsgər təşkilatından biridir. Türkiyə ordusunda gizirlərin xüsusi önəmi var. Zabitlərdən sonra gizirlər Türkiyə Silahlı Qüvvələrinin əsas heyətini təşkil edir. Təşkilatın Türkiyənin böyük şəhərlərdə şöbələri, əyalətlərdə təmsilçilikləri var. Türkiyəni bütünlükdə əhatə edən ən böyük hərbi təşkilatlardan biridir. Həm Müdafiə Nazirliyi, həm Türkiyə Böyük Millət Məclisi, eyni zamanda digər nazirliklər, şəhərlərin valiləri, böyük şəhər bələdiyyələri ilə çox sıx əməkdaşlıq edilir.

Görüş zamanı Hamza Dürgen Azərbaycan və Türkiyə hərbiyönümlü təşkilatların əməkdaşlığına xüsusi önəm verdiyini qeyd edib. O, Azərbaycanın Vətən müharibəsində göstərdiyi böyük şücaəti, Azərbaycan dövlətinin bu savaşda apardığı siyasəti xüsusi qeyd edib.

Emin Həsənli Azərbaycan, Türkiyə əlaqələrindən və Türkiyə Azərbaycan hərbi təşkilatlarının fəaliyyətindən bəhs edib və gələcəkdə bu əməkdaşlığın daha da dərinləşməsi, qarşılıqlı səfərlərin davamlı olması istiqamətində fəaliyyətin çox önəmli olduğunu bildirib.   

Azərbaycanda Mübariz İbrahimovun gizir olaraq göstərdiyi qəhrəmanlıq, 44 günlük Vətən müharibəsində gizirlərin zabitlər və çavuşlarla, əsgərlərlə bərabər göstərdiyi şücaətdən də görüş iştirakçılarının diqqətinə çatdırılıb. Eyni zamanda Türkiyədə şəhidliyin simvoluna çevrilmiş 15 iyul şəhidi olan Ömər Xalis Dəmirdən bəhs edilib. Mübariz İbrahimovun Azərbaycan gəncləri, Ömər Xalis Dəmirin Türkiyə gəncləri üçün örnək olduğu bildirilib. Həm Ömər Xalis Dəmir, həm Mübariz İbrahimovun bütövlükdə türk dünyası şəhidlik simvoluna çevrildiyi qeyd olunub.

Emin Həsənli Ömər Xalis Dəmirin qardaşı Doğan Xalis Dəmirin Azərbaycana səfərinin təşkil edilməsi və onun Bakıda, Şamaxıda görüşlər keçirməsi, Şəhidlər Xiyabanını ziyarət etməsi, şəhid ailələri ilə görüşməsini diqqətə çatdırıb. Eyni zamanda azərbaycanlı qazilərin Türkiyəyə səfəri zamanı Ömər Xalis Dəmirlə bir yerdə xidmət edən qazilərlə ailəsinin ziyarət olunmasını, onun məzarını ziyarət etmələrini xatırladıb. O bildirib ki, bu cür əlaqələrin gemişləndirilməsi gənclərin hərbi vətənpərvərlik tərbiyəsi üçün vacibdir.

Xatırladaq ki, dekabrda Ehtiyatda olan Gizirlər Birliyinin qurultayı olacaq. Emin Həsənli Həmzə Dursuna onu qurultaya dəvət etdiyinə görə təşəkkürünü bildirib.

Türkiyə hərbiyönümlü təşkilatların tədbirlərində yaxından iştirak edib və bu əməkdaşlığın daha da dərinləşməsində Azərbaycan tərəfi olaraq maraqlı olduğunu və Azərbaycan dövlətinin hər zaman bu əməkdaşlığa yüksək qiymət verdiyini qeyd edib.

Görüş zamanı Azərbaycanda şəhid ailələrinə və veteranlara dövlət tərəfindən göstərilən qayğı, onların ev və maşınla təmin olunması yüksək qiymətləndirilib, bununla bağlı fikir mübadiləsi aparılıb.

 



Seçilən
13
herbiand.az

1Mənbələr