Merkel Makron üçün darıxır
Almaniyanın keçmiş kansleri Angela Merkel Fransa Prezidenti Emmanuel Makron da daxil olmaqla həmkarları ilə görüşlər üçün darıxdığını, lakin siyasi karyerası üçün nostalji hisslərinin olmadığını etiraf edib. Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir. O, əlavə edib ki, keçmiş işi üçün darıxmır: "Mən 16 il kansler oldum və bu, kifayət qədər idi".