Xəzər dənizində zəlzələ qeydə alınıb.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb.
Bildirilir ki, yerli vaxtla saat 16:31-də qeydə alınan yeraltı təkanların maqnitudası 3,6-ə bərabər olub.
Zəlzələnin ocağı 21 kilometr dərinlikdə yerləşib.