AZ

"Müdafiə xərclərinin artırılması, Ermənistana cavabdır" - Polkovnik

2025-сi ilin dövlət büdcəsi ilə bağlı qanun layihəsində müdafiə və milli təhlükəsizliyə ayrılan vəsaitin 8,4 milyard manata çatdırılması nəzərdə tutulur. Bununla da Azərbaycanın müdafiə və təhlükəsizlik xərcləri 2024-cü illə müqayisədə 1,3 milyard artıb.

Mövzu ilə bağlı Redaktor.az-a danışan təhlükəsizlik orqanlarının veteranı, ehtiyatda olan polkovnik Elşad İsayev bildirdi ki, bu, Ermənistanın bəzi dövlətlər tərəfindən sürətlə silahlandırılmasına cavabdır.

"Bu gün regionumuzda davam edən geosiyasi gərginlik fonunda ölkəmizin ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin olunması əsas məsələlərdən biridir. Prezidentin göstərişinə əsasən büdcənin müdafiə və təhlükəsizlik xərcləri xeyli artırılıb. Xərclərin belə artırılması Ermənistan Respublikasının bəzi dövlətlər tərəfindən sürətlə silahlandırılmasına cavabdır. Ümumiyyətlə, ordumuzun və müasir müdafiə sənayesi kompleksinin müasir standartlara uyğun qurulması, modernləşdirilməsi Ali Baş Komandanın daim diqqət mərkəzindədir".

Polkovnikin sözlərinə görə, ordumuz müasir və keyfiyyətli və ən zəruri silah və hərbi avadanlıqlarla təmin olunur.

"Bu gün Azərbaycan Silahlı Qüvvələrinin təminatı yüksək səviyyədədir. Bu həqiqəti Ermənistan tərəfi bilməlidir. Nə qədər silahlansalar belə, Azərbaycan ordusu ilə döyüşlərdə üstünlük qazanma şansları yoxdur. Azərbaycan əsgəri istənilən bir təxribatın, hərəkətin qarşısını almağa qadirdir. Sadəcə, nəticədə Ermənistan daha ağır vəziyyətə düşə bilər. Ona görə də onlar bu barədə düşünməlidir".

Türkan İSGƏNDƏRLİ

Seçilən
5
1
redaktor.az

2Mənbələr