AZ

Tanınmış vəkilin fəaliyyəti dayandırıldı

Tanınmış vəkil Ceyhun Yusifovun vəkillik fəaliyyəti dayandırılıb.

“Unikal”ın əldə etdiyi məlumata görə, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarı ilə C. Yusifovun  fəaliyyəti 1 il müddətində dayandırılıb.  

Buna səbəb kimi çoxsaylı vətəndaşlardan daxil olmuş şikayətlər, vətəndaşlardan xidmət haqqları alaraq onlara xidmət göstərməməsi, eləcə də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilmiş məhkəmə proseslərinin birində hakim Samir Əliyevə qarşı hörmətsizlik etməsi, vəkillərin etik davranış qaydalarına zidd olaraq intizamsızlıq nümayiş etdirməsi olub.

Seymur Əli

Seçilən
1
4
unikal.az

10Mənbələr