AZ

Gürcüstan Aİ-yə inteqrasiyanı dayandırır

Gürcüstan 2028-ci ilin sonuna qədər Avropa İttifaqına daxil olmaq üzrə danışıqlardan imtina edir. Bu bəyanatla ölkənin baş naziri İrakli Kobaxidze çıxış edib. Щnun sözlərini “Rustavi 2” telekanalı sitat gətirib.

“Biz 2028-ci ilin sonuna qədər Avropa İttifaqı ilə danışıqlara başlamaq məsələsini gündəmə gətirməmək qərarına gəldik”, - deyə o bildirib.

Baş nazirin sözlərinə görə, Gürcüstan Aİ-nin hər hansı büdcə qrantlarından da imtina edir. O qeyd edib ki, 2028-ci ilin sonu Gürcüstanın 2030-cu ildə Aİ-yə daxil olmaq üzrə danışıqlara başlaması üçün iqtisadi baxımdan lazımi şəkildə hazırlanacağı vaxtdır.

Kobaxidze həmçinin qeyd edib ki, Gürcüstanla Aİ arasında münasibətlər ikitərəfli xarakter daşıyır və yalnız ikitərəfli ola bilər.

“Biz uzun tarixə malik olan qürurlu və özümüzə hörmət edən xalqıq, ona görə də Avropaya inteqrasiyanı Aİ-nin bizə göstərməli olduğu lütf kimi qəbul etməyimiz qətiyyən qəbuledilməzdir”, - deyə baş nazir bildirib.

Seçilən
21
13
buta.media

10Mənbələr