Türkiyə parlamentində Azərbaycan Milli Məclisinin 106-cı ildönümü ilə bağlı tədbirlərin təşkili müzakirə edilib.
“Report” xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komitəsinin sədri Fuat Oktay “X” sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
O qeyd edib ki, parlamentdə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədovu qəbul edib.
“Dost və qardaş Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədov ilə görüşdük. Azərbaycan Milli Məclisinin yaradılmasının 106-cı ildönümü ilə bağlı görülən işləri müzakirə etdik”, - o yazıb.