Güclü qar və çovğunun müşahidə olunduğu qardaş ölkə - Türkiyədə havanın temperaturu – 20,3 dərəcəyə qədər enib.
Xalqcebhesi.az Türkiyənin Meteoroloji Müşahidə Stansiyasına istinadən xəbər verir ki, ən aşağı temperatur göstəricisi Niğdenin Konaklı ilçəsində qeydə alınıb.
Bundan əlavə, Sivas, Kayseri, Ərzincan, Malatya, Ərzurum, Adana və Nevşehir də hazırda ən soyuq vilayətlər olaraq müəyyən edilib.