AZ

Şəhid Mirzə Məhərrəmovun 50 illik yubileyi qeyd olundu - FOTOLAR

Bu gün Qubadlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə I Qarabağ Müharibəsi zamanı torpaqlarımızın müdafiəsi uğrunda döyüşlərdə itkin düşmüş şəhid Məhərrəmov Mirzə Bayram oğlunun 50 illik yubileyi ilə əlaqədar tədbir keçirilib.

"Unikal" xəbər verir ki, tədbirdə Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev, RİH-in məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, RİHB-nın inzibati ərazi dairəsi üzrə nümayəndələri, məktəb kollektivi, şəhidimizin ailə üzvləri, yaxınları, döyüş yoldaşları, Sarıyataq kənd sakinləri və ictimaiyyət nümayəndələri iştirak edirdilər. 

Əvvəlcə tədbir iştirakçıları tərəfindən Sumqayıt şəhər “Şəhidlər xiyabanı”nda şəhid Mirzə Məhərrəmovun qardaşı oğlu Vətən Müharibəsi şəhidi Ülvi Məhərrəmovun məzarı ziyarət olundu, əklil və gül dəstələri qoyuldu. Torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi və dualar oxundu.

Şərqi Zəngəzur Regional Mədəniyyət idarəsinin Qubadlı rayon nümayəndəliyivə Xələc kənd tam orta məktəbin şagirdləritərəfindənvətənpərvərlik mövzusunda və şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş şeirlər səsləndirildi.

Tədbirdə çıxış edən Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev qeyd etdi ki, I Qarabağ müharibəsində Qubadlı rayonundan 238 nəfər Şəhid olmuş,274 nəfər əlil, 100 nəfərdən çox sakinimiz isə itkin düşmüşdür.

Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Müzəffər Ordumuzun igidliyi, qəhrəmanlığı sayəsində torpaqlarımız, həmçinin 30 ilə yaxın həsrətində olduğumuz Qubadlı rayonu 25 oktyabr 2020-ci ildə işğaldan azad olundu.Eyni zamanda bildirildi ki, 19-20 sentyabr 2023-cü il tarixlərində Azərbaycanın Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə aparılan antiterror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyini tam bərpa etdi.

Digər çıxış edənlərşəhidimizlə bağlı öz xatirələrini bölüşərək qeyd etdilər ki, Şəhidlərimizin ailələri həmişə dövlət tərəfindən diqqət mərkəzində olmuşdur. Son illər Respublikamızda Şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönəlmiş tədbirlər bunun bariz nümunəsidir. 

Sonda Şəhidin qardaşı, Vətən Müharibəsi şəhidi Ülvi Məhərrəmovun atası Tahir Məhərrəmov göstərdikləri diqqət və qayğıya görə Ali Baş Komandan Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova minnətdarlığını bildirdi. 
Daha sonra tədbir  “Mirvari” mərasim evində  davam etdirildi. 

Məhərrəmov Mirzə Bayram oğlu 1974-cü il noyabr ayının 28-də Zəngəzur mahalı Qubadlı rayonunun Sarıyataq kəndində anadan olmuşdur. 1991-ci ildə Qaracallı kənd orta məktəbini bitirmiş, 1992-ci ilin dekabr ayında könüllü olaraq hərbi xidmətə yollanmışdır. Ağdərə rayonu ərazisində gedən döyüşlərdə fədakarlıq göstərmişdir. Son döyüşü 1993-cü il fevral ayının 17-də Ağdərə rayonunun Çıldıran kəndində olmuşdur. 

Cəsur döyüşçü həmin gün qanlı döyüşdə əsl igidlik nümunələri göstərmiş və qəhrəmancasına şəhid olmuşdur.

19 yaşlı şəhid Mirzə Məhərrəmov subay idi.
 

Seçilən
2
50
unikal.az

10Mənbələr