DÇ-2026-nın seçmə mərhələsinin Avropa zonası üzrə səbətlər bəlli olub.
Sportinfo.az xəbər verir ki, bu barədə FİFA-dan məlumat verilib.
Azərbaycan milli komandası 4-sü səbətdə yer alıb. Milli komandamızın rəqibləri dekabrın 13-də keçiriləcək püşkatma mərasimində müəyyənləşəcək.
Seçmə mərhələnin püşkatmasının səbətləri belə olacaq:
FİFA-nın məlumatına görə, Avropa seçmələri üçün çanta bölgüsü belə olub:
1-ci səbət: Fransa, İspaniya, İngiltərə, Portuqaliya, Niderland, Belçika, İtaliya, Almaniya, Xorvatiya, İsveçrə, Danimarka, Avstriya
2-ci səbət: Ukrayna, İsveç, Türkiyə, Uels, Macarıstan, Serbiya, Polşa, Rumıniya, Yunanıstan, Slovakiya, Çexiya, Norveç
3-cü səbət: Şotlandiya, Sloveniya, İrlandiya, Albaniya, Şimali Makedoniya, Gürcüstan, Finlandiya, İslandiya, Şimali İrlandiya, Monteneqro, Bosniya və Herseqovina, İsrail
4-cü səbət: Bolqarıstan, Lüksemburq, Belarusiya, Kosovo, Ermənistan, Qazaxıstan, Azərbaycan, Estoniya, Kipr, Farer adaları, Latviya, Litva
5-ci səbət: Moldova, Malta, Andorra, Cəbəllütariq, Lixtenşteyn , San-Marino.