AZ

"Qarabağ" fərqi azaltdı - Yenilənir

style='margin-bottom:10px;'>

Bu gün UEFA Avropa Liqasında 5-ci turun oyunları keçirilir.

QOL.az xəbər verir ki, Azərbaycanı bu turnirdə təmsil edən "Qarabağ" da meydana çıxır.

Ağdam klubu Bakıda "Lion"la (Fransa) üz-üzə gəlir. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də başlayıb.

"Lion" hazırda 7 xalla turnir cədvəlində 9-cu pillədə qərarlaşıb. 3 xalı olan "Qarabağ" isə 29-cudur. Ağdam təmsilçisi bu gün qalib gələcəyi halda, "pley-off" iştirakçılarının yer alacağı "24"lüyə daxil ola bilər.

Qeyd edək ki, "Qarabağ" 1-ci turda "Tottenhem"ə (0:3), 2-ci turda "Malmö"yə (1:2), 3-cü turda "Ayaks"a (0:3) məğlub olub. Qurban Qurbanovun komandası 4-cü turda Norveç səfərində "Bodo Qlimt"ə 2:1 hesabı ilə qalib gəlib. 

28 noyabr
 
21:45.“Qarabağ” (Azərbaycan) – “Lion” (Fransa) - 1:4 (İkinci hissə)

Qollar: Mikautadze, 15 (0:1), Tolisso, 63 (0:2), Fofana, 68 (0:3), Mikautadze, 80 (0:4), Juninyo, 88-pen. (1:4)
Hakimlər: Nenad Minakoviç, Nikola Boroviç, Bosko Bozoviç, Milan Mitiç (hamısı Serbiya)

Tofiq Bəhramov adına Respublika Stadionu

 

Seçilən
11
50
teleqraf.com

10Mənbələr