ABŞ prezidenti Co Bayden varisi, yeni seçilmiş prezident Donald Trampın Çin, Kanada və Meksikadan gətirilən mallara idxal rüsumları tətbiq etmək qərarına yenidən baxacağına ümid etdiyini bildirib.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətindən məlumat verilib.
“Ümid edirəm ki, o, fikrini dəyişəcək. Düşünürəm ki, bu, qeyri-məhsuldardır. Biz Sakit okean və Atlantik okeanları və iki müttəfiqimiz – Meksika və Kanada ilə əhatə olunmuşuq. İstədiyimiz son şey bu münasibətləri korlamağa başlamaqdır”, -deyə Bayden bildirib.