AZ

Ağdam Sənaye Parkı ixraca başladı

İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Ağdam Sənaye Parkında məhsul ixracına başlanılıb. Sənaye parkının rezidenti “Mister Decor” MMC tərəfindən ilk dəfə Gürcüstana divar kağızları ixrac edilib. Bununla yanaşı, hazırda şirkət digər ölkələrə məhsul ixracı ilə bağlı danışıqlar aparır.

Xatırladaq ki, Ağdam Sənaye Parkında indiyədək ümumi investisiyalarının həcmi 260 milyon manat olan 28 sahibkarlıq subyektinə rezidentlik, 4 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Sahibkarlıq subyektləri tərəfindən sənaye parkında, ümumilikdə, 2 min 300-ə yaxın iş yerinin yaradılması nəzərdə tutulur. Ötən müddətdə sahibkarlar tərəfindən sənaye parkına 92 milyon manatdan çox investisiya yatırılıb. Bunun da hesabına parkın ərazisində fəaliyyətə başlamış 9 müəssisədə 370-dən artıq daimi iş yeri yaradılıb.

XQ

Seçilən
11
11
xalqqazeti.az

10Mənbələr