Estoniyada NATO ölkələrinin iştirakı ilə təlimlər keçiriləcək.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə ERR teleradio şirkəti məlumat yayıb.
Manevrlər dekabrın 2-dən 15-dək əsasən ölkənin şimal və şimal-şərq bölgələrində həyata keçiriləcək.
Təlimlərdə Böyük Britaniya, Latviya, ABŞ, Fransa və Estoniyadan 2 minə yaxın hərbçi iştirak edəcək və onlar alyans qüvvələrinin münaqişə zonasına köçürülməsi mexanizmlərini hazırlayacaqlar.