Türkiyə musiqisinin ən güclü səslərindən biri Sertap Erener Azərbaycana gəlib.
Milli.Az xəbər verir ki, sənətçi hava limanında onu qarşılayan jurnalistlərin suallarını cavablandırıb. O, Avroviziya barədə danışıb, Edisin Azərbaycanı təmsil edəcəyi halda uğurlu nəticə olacağını bildirib.
Qeyd edək ki, Sertapın konserti 30 noyabrda Bakı Konqres Mərkəzində olacaq.
Milli.Az