AZ

Qvardiola ilin ən yaxşı məşqçisi adına iddialıdır

İngiltərənin "Mançester Siti" klubunun baş məşqçisi ispaniyalı Pep Qvardiola Beynəlxalq Futbol Federasiyasının (FIFA) versiyasına görə 2024-cü ilin ən yaxşı məşqçisi adına iddialılar sırasındadır.

Ucnoqta.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Mükafat uğrunda Qvardioladan başqa italiyalı Karlo Ançelotti (İspaniya “Real”ı), argentinalı Lionel Skaloni (Argentina millisi), ispan Luis de la Fuente (İspaniya millisi) və Xabi Alonso (Almaniya “Bayer”i) də mübarizə aparır.

Qvardiola keçən il bu kateqoriyada qalib olub. Mükafatı iki dəfə almaniyalı Yurgen Klopp, hər birində bir dəfə Skaloni, fransız Zinəddin Zidan, italyan Klaudio Ranyeri, alman Tomas Tuxel və fransız Didye Deşam alıb.

Seçilən
31
ucnoqta.az

1Mənbələr