AZ

Cenniferdən Benə qarşı gözlənilməz addım

Dünya pop səhnəsinin əfsanəvi ulduzu Cennifer Lopez boşandığı həyat yoldaşı, Hollivud aktyoru Ben Afflek və övladlarını bayramlara dəvət edib

OLAY “In Touch” nəşrinə istinadən yazır ki, iddialara görə, müğənni bu addımını hələdə aktyoru ailəsinin bir üzvü hesab etdiyi üçün atıb. 

“Lopez, bu mövsümü (qış – red.) sevir və nə qədər lazımdırsa artığından belə çalışır. Cennifer və Ben artıq birlikdə olmasalar da, ona və uşaqlarına ailə kimi yanaşır”, - deyə gizli mənbə nəşrə bildirib.

Lopezin bu qərarı qürurla bağlı olub. 

Anonim mənbənin sözlərinə görə, pop ulduz, boşanma ağrılarının istəklərinə təsir etməsinə imkan vermək istəmir. O əlavə edib ki, ulduz hələ də Afflekə isti münasibət bəsləyir və uşaqlarını sevir və bu hisslər qarşılıqlıdır.

Xatırladaq ki, Cennifer Lopez avqustun sonunda Ben Afflekdən boşanmaq üçün məhkəməyə müraciət edib. 20 il əvvəl nişanlarını kəsən məşhurlar 2021-ci ildə münasibətlərini bərpa edib və 2022-ci ildə evləniblər.

Seçilən
21
1
olay.az

2Mənbələr