AZ

Ermənistanın sülh danışıqları yalnızı beynəlxalq ictimaiyyəti aldatmağa hesablanıb - ŞƏRH

Bakı. Trend:

Ermənistanın sülh danışıqları yalnızı beynəlxalq ictimaiyyətialdatmağa hesablanıb.

Bunu Trend-əaçıqlamasında hərbi ekspert Azər Bayramov deyib.

O bildirib ki, reallıqda Ermənistanın sürətlə silahlanmasınınşahidi oluruq.

"Bu məsələdə onların əsas havadarı olan Fransanı xüsusi qeydetməliyik. Belə ki, Fransanın vasitəçiliyi ilə bəzi dövlətlərdənErmənistana silah tədarük edilir. Bu da onu deməyə əsas verir ki,Ermənistan sülhə yox revanşa hazırlaşır. Əvvəllər beynəlxalq aləmialdatmaq üçün bu silahların müdafiə xarakterli olduğunubildirirdilər. Ancaq verilən silahlara nəzər salsaq görərik ki, busilahlar müdafiə üçün nəzərdə tutulmayıb. Biz həmişə düşməninarsenalında olan silahları qiymətləndirmək və onların araşdırılmasıilə bağlı fəaliyyətlərin aparılmasını vurğulamışıq. Lakindüşünmürəm ki, bu silahlar Ermənistana hər hansısa kömək edəcək.Çünki İkinci Qarabağ müharibəsinə qədər Ermənistanın arsenalındakifayət qədər silah-sursat var idi. Lakin bu silahların onlara heçbir köməyi olmadı. Düşmən silahlanmanı sürətləndirəcəksə,Azərbaycan lazımı və zəruri tədbirləri həyata keçirdəcək. Bununağır nəticələrindən Ermənistanın hərbi-siyasi rəhbərliyi və onunhavadarları məsuliyyət daşıyacaq."

Politoloq Rüfət Hüseynli isə bildirib ki, Qərbin Ermənistanınsilahlanmasına verdiyi dəstək və bu vəziyyətin Cənubi Qafqazdagərginliyi artırması, müvafiq olaraq regionda sülhün pozulmasına vəyeni müharibə ehtimalına səbəb ola bilər.

"Belə hallar, bölgədəki geosiyasi balansı təsir altına alır vəbütün region üçün ciddi nəticələr doğura bilər.

Qərbin Ermənistanı silahlandırması, əsasən, Rusiya ilə olanmünasibətləri zəiflətmək və bu ölkənin Cənubi Qafqazdakı təsiriniazaltmaq məqsədi güdür. Bu strategiya, Qərbin regionda öz təsiriniartırmağa çalışdığı bir zamanda, hərbi güc balansını dəyişdirəbilər və bu, hər iki tərəf üçün də strateji risklər yaradır.

Ermənistanın silahlanmasının Azərbaycanın maraqlarına təhdidkimi qiymətləndirilməsi təbiidir. Azərbaycan, xüsusilə son illərdəöz müdafiə qabiliyyətini gücləndirib və Cənubi Qafqazdakı birnömrəli gücdür.

Əlavə olaraq, Ermənistanın silahlanması, regionda müharibəehtimalını artıran bir faktor ola bilər. Silahların əldə edilməsi,tərəflər arasında qarşılıqlı etimadın azalmasına, gərginliyinartmasına və hərbi əməliyyatların yenidən başlama riskinə gətiribçıxara bilər.

Bu silahlanma prosesinin nəticələri yalnız Ermənistan,Azərbaycan üçün deyil, həm də geniş bir regional təsirə malikdir.Lakin Ermənistanın silahlanması Azərbaycan üçün təhdid deyil. Çünkiordumuz hər an düşmənin cavabını verməyə qadirdir. Bunu İkinciQarabağ müharibəsində və ondan sonra keçirilən əməliyyatlarda sübutedib. Ermənistan bu dəfə də ölkəmizə qarşı hər hansı təxribata əlatarsa, onlar əvvəlkilərdən daha böyük itkilərlə üzləşəcək", - deyəo qeyd edib.

Məqalədə:
Seçilən
7
az.trend.az

1Mənbələr