AZ

Prezident Zurabişvili Avropanı öz ölkəsinə qarşı addımlar atmağa çağırıb

Hurriyyet.az xəbər verir ki, Gürcüstan Prezidenti Salome Zurabişvili Avropa liderlərindən etiraz aksiyasının zorla dağıdılmasına rekasiya göstərmələrini tələb edib. Gürcüstan Prezidenti Gürcüstan hökumətindən Avropa İttifaqına şikayətini X şəbəkəsində bildirib: "Avropanın paytaxtlarından sərt reaksiya gözləyirəm".

Xəbər verdiyimiz kimi, Gürcüstanın Baş naziri İrakli Kobaxidze noyabrın 28-dəki çıxışında hakim "Gürcü arzusu" partiyasının Avropa İttifaqına daxil olma prosesini 2028-ci ilə qədər təxirə salmağı qərara aldığını və hökumətin Avropanın büdcə qrantlarından imtina etdiyini bəyan edib.

Bununla əlaqədar ötən gecə Tbilisidə, parlament binasının qarşısında etiraz aksiyaları keçirilib, nümayişçilər 32 nəfər polis əməkdaşını yaralayıblar. Etirazçılardan 43 nəfəri həbs edilib. Səhər saatlarına yaxın toqquşmalar dayandırılıb.

Hürr Tərcüman

Seçilən
10
1
hurriyyet.az

2Mənbələr