AZ

Ədalət Muradov kollec təhsilinin təkmilləşdirilməsi ilə bağlı təkliflər verib

UNEC nəzdində fəaliyyət göstərən Maliyyə-İqtisad Kollecinin 90 illik yubileyi qeyd olunub.

Bu barədə "İki sahil"ə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İctimaiyyətlə Əlaqələr Şöbəsindən məlumat verilib.

Bildirilib ki, yubiley tədbirində UNEC rektoru professor Ədalət Muradov kollec təhsilinin təkmilləşdirilməsilə bağlı bir sıra təkliflərlə çıxış edib.
O bildirib ki, UNEC nəzdində kollec statusunun konkretləşdirilməsinə ehtiyac var:

“UNEC nəzdinə verilən Maliyyə-İqtisad Kollecinin də publik hüquqi şəxs statusu almasını yüksək qiymətləndiririk. Bununla yanaşı, UNEC-in və onun nəzdində fəaliyyət göstərən kollecin də publik hüquqi şəxs statusunda fəaliyyət göstərməsi ən qısa vaxtda kollecin və UNEC-in Nizamnaməsində dəqiqləşdirmə aparılmasını tələb edir. Kolleclərin nəzdində fəaliyyət göstərdiyi universitetin struktur vahidinə çevrilməsi kollec əməkdaşlarının əmək haqqlarının universitet əmək haqqı səviyyəsinə qaldırmaqla yanaşı, həm də universitet potensialından geniş istifadə edilməklə kollec təhsilinə ciddi töhfə verilə bilər. Univetsitetlərdə olduğu kimi, kolleclərdə də adambaşına maliyyələşdirməyə keçid faydalı olar”.

O həmçinin deyib ki, subbakalavr ixtisasları və təhsil proqramları ilə bakalavr təhsil proqramları arasında kredit transfer mexanizmi mövcud olsa da, subbakalavr və bakalavr ixtisas və tədris proqramlarına vahid yanaşmanın olması arzu olunandır:

“Universitetin nəzdində fəaliyyət göstərən kolleclərdə həmin universitetlərdə mövcud olan bütün ixtisaslar üzrə subbakalavr səviyyəsində mütəxəssis hazırlığına sərbəstlik verilməsini məqsədəuyğun hesab edirik”.

“Növbəti illərdə UNEC nəzdində Maliyyə-İqtisad Kollecinin prioritetlərdən biri mümkün qısa vaxtda Xocalıda mövcud olmuş filialının fəaliyyətinin bərpasıdır. Kollec təhsilinin yenidən köklü qurulması üçün UNEC pilot layihə həyata keçirməyə hazırdır”, - deyə rektor bildirib.

Seçilən
43
13
ikisahil.az

10Mənbələr