Tehran şəhərinin Kən məhəlləsində yerləşən və Səfəvi hakimiyyəti dövründə inşa edilən 400 illik tarixi buzxana məhv olmaq üzrədir.
Bu barədə mədəni fəallar paylaşım ediblər.
Mədəni fəallar bunun məqsədli şəkildə edildiyini və İran paytaxtından türk sülaləsinin izlərinin silinməsinə hesablandığını iddia ediblər.
Məsələnin ictimailəşməsindən sonra Tehran şəhər Şurasının nümayəndəsi Əhməd Ələvi faktı təsdiqləyib.
Mədəni fəalların sözlərinə görə, buzxananın tarixi və memarlıq əhəmiyytinə baxmayaraq, bu günə kimi milli əsərlər siyahısına salınmayıb.
"400 illik tarixi və Tehranda yeganə buzxana olan abidə uzun müddətdir ki, taleyin ümidinə buraxılıb və acınacaqlı vəziyyətdədir",- deyə Əhməd Ələvi bildirib.
visiontv.az