AZ

Aİ  İrana qarşı qətnamə qəbul etdi: “Qadınlara qarşı ayrı-seçkiliyə son qoyun” 

Vətəninfo.az xəbər verir ki, ünən Avropa İttifaqı (Aİ) İranda insan haqlarının geniş şəkildə pozulmasını kəskin şəkildə pisləyən qətnamə qəbul edərək, İslam Respublikasından məcburi hicab qanunu da daxil olmaqla, qadınlara və qızlara qarşı sistematik ayrı-seçkiliyə son qoymasını istəyib. Qətnamə lehinə 562, əleyhinə 2 və 30 bitərəf səslə təsdiq edilib.
Məlumata görə, Aİ nümayəndələri İranda çılpaq etiraz edən universitet öyrəncisi Ahu Dəryayinin əsassız həbsini pisləyib və dəlixanaya yerləşdirilməsini işgəncə kimi qiymətləndiriblər. Bildirilib ki, qətnamədə Avropa İttifaqı insan haqları üzrə hesabatların hazırlanması üçün İrandan BMT-nin faktaraşdırıcı missiyasına ölkəyə məhdudiyyətsiz giriş icazəsi verilməsini istəyib. Eyni zamanda, Aİ üzvləri SEPAH-ın terror təşkilatı kimi tanınmasının vacibliyini vurğulayıblar.
Seçilən
3
2
veteninfo.az

3Mənbələr