AZ

Gürcüstanda aksiyanın dağıdılması zamanı 32 polis əməkdaşı yaralanıb

Tbilisidə parlament binası yaxınlığında hökumət əleyhinə aksiyanın dağıdılmasından sonra 30-dan çox gürcü polisi tibbi yardıma ehtiyac duyub.

Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin saytında məlumat verilib.

“Etirazçıların qanunsuz və zorakı hərəkətləri nəticəsində Daxili İşlər Nazirliyinin 32 əməkdaşı xəsarət alıb. Zərərçəkənlərdən bəziləri baş, göz və bədənin digər nahiyələrindən ağır xəsarətlər alıb. Bunlardan 13-ü cərrahi müdaxilə tələb edib. Bu vaxta qədər tibb müəssisəsində yalnız bir hüquq-mühafizə orqanının əməkdaşı qalıb”, - deyə mətbuat xidmətindən bildirilib.

Qeyd olunur ki, 43-ə yaxın aksiya iştirakçısı polisə tabe olmadıqlarına və inzibati xətalara yol verdiyinə görə saxlanılıb.

Seçilən
11
17
aznews.az

10Mənbələr