AZ

Azərbaycanla Səudiyyə Ərəbistanı və İndoneziya arasında viza rejimi qismən ləğv olunub

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Azərbaycan Hökuməti ilə Səudiyyə Ərəbistanı Hökuməti arasında diplomatik, xüsusi və xidməti pasport sahiblərinin qısamüddətli vizadan qarşılıqlı azad edilməsi haqqında Anlaşma Memorandumu və Azərbaycan Hökuməti ilə İndoneziya Hökuməti arasında diplomatik və xidməti pasportların sahiblərinin vizadan azad edilməsi haqqında Saziş təsdiq edilib.
Oxu.Az xəbər verir ki, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası komitəsində baxılan hər iki layihə Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Hər iki layihə səsə qoyularaq qəbul edilib.
Qeyd edək ki, hər iki dövlətin vətəndaşları üçün Azərbaycan tərəfindən sadələşdirilmiş viza rejimi tətbiq edilirdi.
Mərahim Nəsib
Seçilən
18
50
oxu.az

10Mənbələr