AZ

"Əlilliyin verilməməsi ilə bağlı 99 faiz qərarlar doğrudur" - Deputat

"Son vaxtlar əlillik meyarı ilə əlaqədər çox müzakirə gedir. Vətəndaşlarla görüşdə əlilliklə əlaqəli müraciətlər çox olur. Mübahisəli şəkildə əlilliyə görə müraciət edən insanların müraciətləri araşdırıldıqda, əlilliyin verilməməsinin ölkədə olan qanunvericiliyə və eləcə də əlillik meyarlarına uyğun olduğunu görürük. Belə ki, 99 faiz verilən qərarlar doğrudur".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Rəşad Mahmudov deyib. O bildirib ki, əlillik düşməyən şəxslərə həqiqətən də əlillik düşmür:

"Ona görə ki, cəmiyyətdə xəstəliklə əlilliyi qarışdıran problem var. Xəstəlik başqa, əlillik isə birmənalı olaraq hər hansı orqanın öz həyatı üçün lazım olan funksiyaları yerinə yetirmək imkanını əldən verməsidir. Ölkəmizdə verilən əlilliklərə baxdqıda, bunun beynəlxalq səviyyədə qəbul olunmuş standartlara uyğun olduğunu deyə bilərik".

Anar Kəlbiyev

phrase_var_article.chosen
38
26
unikal.az

10phrase_var_article.sources