AZ

Rusiyalı futbolçu həbs edildi

Rusiyanın səviyyəcə dördüncü divizionunda çıxış edən "Kvant" klubunun futbolçusu Vitali Melnikov qətldə şübhəli bilinərək həbs edilib.

Bakıvaxtı.az xəbər verir ki, məhkəmə Kaluqa vilayətinin 6 sakinini, o cümlədən hücumçunu gələn ilin yanvarına qədər həbsdə saxlamağa qərar verib.

Hadisə oktyabrın 31-də baş verib. Cinayətkarlar Çexov şəhər dairəsinin meşə ərazisində bir kişini vəhşicəsinə döyüblər. Kişi huşunu itirdikdən sonra cinayətkarlar qaçıblar, zərərçəkən isə vəfat edib.

Qeyd edək ki, 21 yaşlı Melnikov bu ilin sentyabrında qanunsuz idman mərclərinə görə 6 ay diskvalifikasiya edilmişdi.

Seçilən
2
11
bakivaxti.az

10Mənbələr