\"Cəbhət ən-Nusra\" terror qruplaşması Hələb Universitetinin tələbə şəhərciyinin ərazisini atəşə tutub.
Bu barədə Suriyanın dövlət agentliyi SANA məlumat yayıb.
\"Terrorçuların Hələb Universitetinin tələbə şəhərciyini atəşə tutması nəticəsində dörd mülki şəxs həlak olub\", - məlumatda bildirilib.
Qeyd edək ki, daha əvvəl Suriya Ordusunun bölmələri ölkənin inzibati mərkəzi olan Hələb şəhərinin şimalında və qərbində (Dəməşqdən 360 km aralıda) 20-dən çox yaşayış məntəqəsini işğal edən \"Cəbhət ən-Nusra” qruplaşmasının yaraqlılarının mövqelərinə qarşı əks-hücum əməliyyatı keçirib.
///report