AZ

Aparıcı Mətanətin ölüm xəbəri yayıldı: GÖRÜN NƏ BAŞ VERİB- VİDEO

Ötən gün “Xəzər TV”də yayımlanan “Xəzər axşamı” verilişində maraqlı anlar qeydə alınıb.

Verilişin aparıcısı Mətanət Əliverdiyeva canlı yayımda özünün ölüm xəbəri üçün hazırlanmış videoçarxı görüb. Həmin paylaşımı izləyiciləri ilə bölüşən aparıcının hadisəyə reaksiyası qonaqları və tamaşaçıları güldürüb: “Allah rəhmət etsin! Rəyləri oxudum, o qədər güldüm ki... Bu sevginizə görə sağ olun!  Bunu edən şəxslərə də bir fikrim olacaq. Ölüm haqdır, amma bir şey deyim, çox xahiş edirəm, mən öləndə belə mahnı verməyin. Qəbirdən xortlayıb çıxaram. Birdən bu cür videoçarxlar yığsanız, yaxşı mahnı verin. Tənbəllik etməyib neçə dəqiqəlik videoçarx yığıblar. Rəylərdə biri yazıb ki, bunu yığan, sən Azərbaycandan qaç, Mətişin əlinə düşsən, sənin özün üçün belə videoçarx yığacaq. Deyir, ölüm haqdır, əmrdən çıxmaq olmaz. Ay bala, vaxt gələndə nə siz, nə biz əmrdən çıxa bilmərik. Amma bunu yaymaqla özünüzə reytinq qazanırsınızsa, reytinqi sizə ötürdüm. Qurbandır!  Çoxlu güldüm. Belə hadisələr də olur. Eybi yox. Amma zövqümüzü korlamayaq. O mahnı mənlik deyil. Heç bilmədik hansı notla başlayıb hansı notla bitir”.

Seçilən
47
bizimshow.az

1Mənbələr