Azərbaycanın I və II Liqalarında oktyabrın ən yaxşı qol vuran futbolçuları mükafatlandırılıb.
İdman.biz xəbər verir ki, I Liqada “Difai” klubunun futbolçusu Emil Quluzadə rəqiblərini qabaqlayıb.
O, ən yaxşı qolun müəllifi kimi mükafatlandırılıb.
II Liqada isə buna “Şahdağ Qusar”ın futbolçusu Tural Qurbatov layiq görülüb.
Onlara mükafatları AFFA-nın inzibati binasında Peşəkar Futbol Liqasının Media və marketinq direktoru Sənan Abdullayev təqdim edib.
İdman.biz