"Beşiktaş"ın idarə heyəti baş məşqçi Covanni van Bronxorstun vəziyyəti ilə bağlı bu gün təcili toplanacaq.
Publika.az xəbər verir ki, bu barədə türkiyəli jurnalist Ertan Süzgün "X" sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.
Mənbənin sözlərinə görə, İstanbul klubu niderlandlı mütəxəssisi işdən çıxarmaq niyyətindədir. Tezliklə rəsmi açıqlama veriləcək.
Ötən gün “Beşiktaş” Avropa Liqasının 5-ci turu çərçivəsində səfərdə “Makkabi”yə uduzub - 1:3.