AZ

Azərbaycanda 2021-ci ildə ad dəyişdirən geyim şirkəti ləğv edildi

“PLANET UNİFORMA” geyim şirkəti ləğv olunduğunu elan edib.

Fins.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetində məlumat yayımlanıb.

Bildirilib ki, kreditorlar iki ay ərzində tələblərini AZ1010 Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, ev 72, mənzil 10 ünvanına bildirə bilərlər.

Qeyd edək ki, şirkət 2020-ci ildə "COMMERCIAL TEXTILE 11" Məhdud Məsuliyyətli Cəmiyyəti kimi dövlət qeydiyyatına alınıb. 2021-ci ildə isə MMC-nin təşkilati-hüquqi forması dəyişdirilərək indiki adı "PLANET UNİFORMA" olub. Nizamnamə kapitalı 5 manat olan şirkətin qanuni təmsilçisi Fərəcov Vüqar Siyasət oğludur.

Fuad Mədətov
Fins.az

Seçilən
2
1
fins.az

2Mənbələr