AZ

Rumıniyada prezident seçkisinin birinci turu təkrar keçirilə bilər - MSK

Əgər ölkənin Ali Məhkəməsi noyabrın 24-də keçirilən səsvermənin nəticələrinin ləğvi barədə qərar qəbul edərsə, Rumıniyada prezident seçkilərinin birinci turu təkrar keçirilə bilər.

Qaynarinfo "Reuters”ə istinadən xəbər verir ki, bunu ölkənin seçki komissiyasının rəhbəri Toni Qrebla bildirib.

Qrebla "Radio Romania Actualitati”yə bildirib ki, təkrar seçkilər dekabrın 15-də, ikinci tur isə dekabrın 29-da keçirilə bilər.

Mühafizəkarların namizədi Kristian Terqes məhkəmədən səsvermənin nəticələrinin ləğvini istəyib. Məhkəmə birinci turda verilən 9,46 milyon səsin yenidən hesablanmasına qərar verib. Məhkəmə şikayətə baxmaq üçün noyabrın 29-da yenidən toplaşacaq.

Seçki rəsmiləri bildiriblər ki, dinləmədən əvvəl səslərin təkrar hesablanmasını başa çatdırılması mümkün deyil.

Rəsmilər bildiriblər ki, əllərində düşmən tərəflərin kampaniyaya müdaxiləsinə dair sübutlar var.

Ölkənin Ali Müdafiə Şurası müdaxilə ilə bağlı sübutların olduğunu, Rumıniyanın Rusiya kimi düşmən aktorlar üçün hədəf olduğunu və TikTok-un bir namizədə daha çox reklam imkanları verdiyini və onu məzmunu siyasi etiketləməyə məcbur etmədiyini bildirib.

Qərbyönümlü ölkə olan Rumıniyada dekabrın 1-də parlament seçkiləri də keçirilməlidir, bir həftə sonra isə Georgesku ilə Mərkəzçi partiyasının namizədi Yelena Laskoni arasında ikinci tur keçiriləcək.

Qrebla "Reuters” agentliyinə bildirib ki, prezident seçkilərinin birinci turunun nəticələrinin yenidən sayılması nəticəsində yaranan qeyri-müəyyənliyə baxmayaraq, dekabrın 1-də keçiriləcək parlament seçkiləri planlaşdırıldığı kimi keçəcək.

Nizami Bağırov
Seçilən
6
8
qaynarinfo.az

9Mənbələr