İsrailin Qəzzaya hücumları nəticəsində indiyədək 1050 tibb işçisi həyatını itirib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyinin rəsmisi Doktor Həcc İsrailin 7 oktyabrdan indiyədək davam edən hücumlarında 1050 tibb işçisinin şəhid olduğunu, 100-lərlə işçinin yaralanıb fəaliyyət qabiliyyətini itirdiyini, 310 tibb işçisinin isə İsrail tərəfindən həbs edildiyini bildirib.
Aylardır davam edən hücumlarda tibb heyətinin 70-ini itirən Qəzzada xəstəxanaların qalan yüzdə 30-u ilə xidmət göstərməyə çalışdıqlarını ifadə edən Həcc, Qəzzaya sağlamlıq yardımı edilməsini istəyib.
Cəmalə