Azərbaycan dünyada ən yüksək qazlaşdırma səviyyəsinə malik ölkələrdən biridir.
İndex.az xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında bildirib.
“Hazırda ölkədə qazlaşdırma səviyyəsi 96,5 %-dir. Qazlaşdırmanın ən zəif olduğu yerlər daha çox ucqar, dağlıq kəndlərdir ki, bunun da aradan qaldırılması üçün işlər aparılır”, – deyə o qeyd edib.
Bundan başqa, nazir müavininin sözlərinə görə, Azərbaycan gələn ilə çox yaxşı makroiqtisadi şəraitdə daxil olmaqdadır.
“Ortaya çıxan suallara vaxtında cavablar verilir. Bu suallar həmişə olduğu kimi insanlarımızın rifah halının yaxşılaşdırılması istiqamətindədir, müəyyən təkliflərlə bağlıdır. Bunların hər biri müsbət istiqamətdə həllini tapır”, – deyə o əlavə edib.